Prezidentin köməkçisi Pəncəli Teymurovun ailəsindəki xoş gündə - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Prezidentin köməkçisi Pəncəli Teymurovun ailəsindəki xoş gündə - FOTO

First News Media15:53 - Bu gün
Prezidentin köməkçisi Pəncəli Teymurovun ailəsindəki xoş gündə - FOTO

Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov Astarada Milli Qəhrəman Pəncəli Teymurovun ailəsində qonaq olub, onun qardaşı Elbrus Teymurovun oğlunun xeyir işində iştirak edib.

1news.az xəbər verir ki, Anar Ələkbərov bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

“Bəzi ünvanlar var ki, ora hər gəlişində təsviredilməz hisslər keçirirsən. Yenidən Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun anası Vahimə ananın qonağı olduq. Var olsun, belə qəhrəmanlar yetişdirən, analar! Allah bütün șəhidlərimizə rəhmət eləsin. Onların əziz xatirəsi daim qəlbimizdə yaşayacaq”, - Prezidentin köməkçisi qeyd edib.

Paylaş:
109

Son xəbərlər

Bütün xəbərlər