Ermənistan Azərbaycana alüminium folqa ixracını açıqladı
Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib.
1news.az Ermənistan KİV-ləriə istinadən xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Qevorq Papoyan hökumətin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
Nazir Azərbaycana ixrac olunan alüminium folqanın həcmi barədə məlumat verməyib.
Ermənistandan Azərbaycana digər məhsulların ixracının planlaşdırılıb-planlaşdırılmadığı ilə bağlı suala isə Papoyan qısa şəkildə “Baxacağıq” cavabını verib.
48











