Niderlandda Qərbi Nil virusundan ölənlərin sayı 5-ə çatdı | 1news.az | Xəbərlər
Dünya

Niderlandda Qərbi Nil virusundan ölənlərin sayı 5-ə çatdı

Oksana Orucova10:12 - Bu gün
Niderlandda Qərbi Nil virusundan ölənlərin sayı 5-ə çatdı

Niderlandda Qərbi Nil virusuna yoluxma və ölüm halları artmaqda davam edir.

1news.az xarici mediaya istinadən xəbər verir ki, Milli Xalq Sağlamlığı və Ətraf Mühit İnstitutunun (RIVM) məlumatına görə, ölkədə bu il virusa yoluxanların sayı 44-ə, ölənlərin sayı isə 5-ə yüksəlib.

Sentyabrın 17-dən sonra daha 16 yoluxma qeydə alınıb, bir nəfər isə həyatını itirib. Ən çox yoluxma Cənubi Hollandiya və Utrextdə aşkarlanıb.

Virus heyvanlar arasında da yayılır. Bu il 136 at və 171 quşda Qərbi Nil virusu müəyyən edilib.

Virus əsasən yoluxmuş Culex cinsli ağcaqanadların dişləməsi ilə yayılır. Yoluxanların təxminən 80 faizində simptom müşahidə olunmur. Digər hallarda isə qızdırma, halsızlıq, baş və əzələ ağrıları kimi əlamətlər yarana bilər. Virusa qarşı hazırda peyvənd mövcud deyil.

Paylaş:
69

Son xəbərlər

Bütün xəbərlər