DİN: Məktəbin qarşısında naməlum şəxsin uşaqları konfetlə zəhərləməsi iddiası təsdiqini tapmayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN: Məktəbin qarşısında naməlum şəxsin uşaqları konfetlə zəhərləməsi iddiası təsdiqini tapmayıb

1news Redaksiyası13:44 - Bu gün
DİN: Məktəbin qarşısında naməlum şəxsin uşaqları konfetlə zəhərləməsi iddiası təsdiqini tapmayıb

Sosial şəbəkələrdə məktəbin qarşısında naməlum şəxsin uşaqlara konfet paylaması və bundan sonra uşaqların zəhərlənməsi barədə səs yazısı yayılıb.

DİN Mətbuat Xidmətindən 1news.az-a bildirilib ki, yayılan səs yazısı ilə bağlı aparılan araşdırma nəticəsində səsləndirilən iddialar təsdiqini tapmayıb.

"Vətəndaşlardan xahiş olunur ki, mənbəyi və doğruluğu müəyyən edilməmiş məlumatları yaymasınlar, xüsusilə də uşaqların sağlamlığı və təhlükəsizliyi ilə bağlı belə məlumatların ictimaiyyətdə əsassız narahatlıq yaratmasına şərait yaratmasınlar"- deyə DİN-in məlumatında deyilir.

Paylaş:
60

Son xəbərlər

Bütün xəbərlər