Bakıda 18 yaşlı oğlan məktəbin qarşısında öldürüldü | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 18 yaşlı oğlan məktəbin qarşısında öldürüldü

1news Redaksiyası14:21 - Bu gün
Bakıda 18 yaşlı oğlan məktəbin qarşısında öldürüldü

Ötən gün Bakının Xətai rayonunda 18 yaşlı gənc oğlan bıçaqlanaraq qətlə yetirilib.

1news.az Bakupost.az-a istinadla xəbər verir ki, hadisə 56 nömrəli məktəbin qarşısında baş verib.

Əraziyə polis əməkdaşları cəlb olunub.

Hadisənin təfərrüatı hələlik məlum deyil.

TƏBİB-dən bildirilib ki, dünən saat 21:25-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xətai rayonundan çağırış qeydə alınıb:

"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeyd alınıb".

Paylaş:
57

Son xəbərlər

Bütün xəbərlər