Hörmüz boğazında tankerə hücum zamanı 12 dənizçi yaralanıb | 1news.az | Xəbərlər
Dünya

Hörmüz boğazında tankerə hücum zamanı 12 dənizçi yaralanıb

1news Redaksiyası17:09 - Bu gün
Hörmüz boğazında tankerə hücum zamanı 12 dənizçi yaralanıb

Panama bayrağı ilə üzən “On Peace” tankerinin Hörmüz boğazından keçidi zamanı atəşə tutulduğu bildirilir.

1news.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində gəminin 12 heyət üzvü yaralanıb.

Məlumata görə, gəmidəki 19 nəfərlik heyətin 17-si Hindistan vətəndaşıdır. Hindistan Xarici İşlər Nazirliyi yaralanan 12 dənizçidən 11-nin Hindistan vətəndaşı olduğunu açıqlayıb.

Yaralı heyət üzvləri Oman hakimiyyətinin köməyi ilə gəmidən təxliyə edilərək tibbi yardım göstərilməsi üçün Əl-Xəsaba aparılıb.

Hindistan XİN bölgədə ticarət gəmilərinə qarşı hücumların davam etməsindən narahatlığını ifadə edib və belə insidentlərin dərhal dayandırılmasına çağırıb.

Nazirlik beynəlxalq sularda təhlükəsiz gəmiçiliyin və ticarət əlaqələrinin mümkün qədər tez bərpa edilməsinin vacibliyini vurğulayıb.

Paylaş:
67

Son xəbərlər

Bütün xəbərlər