Ağdamdakı Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdamdakı Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verilib

1news Redaksiyası10:32 - Bu gün
Ağdamdakı Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verilib

Ağdam rayonunun Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinə Ayköl Manasın adı verilib.

1news.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Elm və Təhsil Nazirliyi və Ağdam Şəhər İcra Hakimiyyətinə qərardan irəli gələn məsələləri həll etməsi tapşırılıb.

Qeyd edək ki, məktəbin adı Qırğız xalqının məşhur "Manas" dastanından və Qırğızıstandakı Ayköl gölündən götürülüb. Əsası 2024-cü ilin aprelində Azərbaycan və Qırğızıstan prezidentləri tərəfindən qoyulub.

Paylaş:
69

Son xəbərlər

Bütün xəbərlər