Azərbaycanda 9 ayda vergi daxilolmaları 14 milyard manata yaxın olub | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda 9 ayda vergi daxilolmaları 14 milyard manata yaxın olub

1news Redaksiyası11:20 - Bu gün
Azərbaycanda 9 ayda vergi daxilolmaları 14 milyard manata yaxın olub

Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 13 milyard 630,4 milyon manat vergi daxil olub.

1news.az quruma istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,4 %, proqnozdan isə 7,2 % çoxdur.

9 aylıq vergi daxilolmalarının 10 milyard 332,6 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 12,6 %, proqnozdan isə 2,9 % çoxdur.

Xatırladaq ki, bu il Dövlət Vergi Xidməti büdcəyə 16,91 milyard manat vəsait köçürməlidir.

Paylaş:
63

Son xəbərlər

Bütün xəbərlər