Azərbaycanda daha 12 nəqliyyat vasitəsi özəlləşdirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda daha 12 nəqliyyat vasitəsi özəlləşdirilib

1news Redaksiyası15:04 - Bu gün
Azərbaycanda daha 12 nəqliyyat vasitəsi özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti keçirilən hərracda 12 nəqliyyat vasitəsi satılıb.

1news.az report-a istinadən xəbər verir ki, hərracda start qiyməti 10 min manat olan "Kamaz" markalı yük avtomobili 33 min manata, ilkin qiyməti 14 min manat olan "Hyundai HB100" markalı ekskavator isə 28 min manata satılıb.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.

Növbəti hərraclar 13, 20 və 27 oktyabr tarixlərində keçiriləcək.

Hərraclarda iştirak etmək istəyənlər "www.emlak.gov.az" və "www.auksion.gov.az" saytlarından seçim edə bilərlər.

Paylaş:
80

Son xəbərlər

Bütün xəbərlər