Saatlıda avtomobil işıq dirəyinə çırpılıb, sərnişin ölüb
Saatlıda minik avtomobili işıq dirəyinə çırpılıb, sərnişin ölüb.
1news.az report-a istinadən xəbər verir ki, 2003-cü il təvəllüdlü Rəhman Möhsüm oğlu Məmmədovun idarə etdiyi "Mercedes" markalı avtomobili Bəhrəmtəpə istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək əvvəlcə işıq dirəyinə, daha sonra isə dəmir-beton hasara çırpılıb.
Nəticədə nəqliyyat vasitəsində olan sərnişinlər - Könül Mirzağa qızı Məmmədova və Bahar Möhsüm qızı Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ancaq həkimlərin səylərinə baxmayaraq, Bahar Məmmədovanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanılıb.
66












