Tağıyev qəsəbəsində dənizdə batan 82 yaşlı kişinin meyiti tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Tağıyev qəsəbəsində dənizdə batan 82 yaşlı kişinin meyiti tapılıb

1news Redaksiyası12:32 - Bu gün
Tağıyev qəsəbəsində dənizdə batan 82 yaşlı kişinin meyiti tapılıb

Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində 24 sentyabr 2026-cı il tarixində dənizdə batan 82 yaşlı kişinin meyiti tapılıb.

Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 1944-cü il təvəllüdlü İsgəndərov Fərhad Məsim oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Paylaş:
85

Son xəbərlər

Bütün xəbərlər