Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlanıb

1news Redaksiyası13:08 - 08 / 10 / 2026
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən bu ilin yanvar-sentyabr ayları ərzində 40 minədək şəxsə əlillik təyin edilib.

ƏƏSMN-dən 1news.az-a verilən məlumata görə, onlardan 16,3 min şəxsə ilkin, 23,6 min şəxsə təkrar əlillik təyinatı aparılıb.

Bildirilib ki, əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, tibb müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.

Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.

Paylaş:
319

Son xəbərlər

Bütün xəbərlər