Avtobuslarda nağdsız ödənişlərin payı iki ildə 12 faiz bəndi artıb
Müntəzəm avtobus marşrutlarında nağdsız ödənişlərin payı son iki ildə 77 faizdən 89 faizə yüksəlib.
1news.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, 2024-cü ildə müntəzəm avtobus marşrutlarında nağdsız ödənişlərin payı 77 faiz, 2025-ci ildə 85 faiz, 2026-cı ildə isə 89 faiz təşkil edib.
Beləliklə, iki il ərzində nağdsız ödənişlərin payı 12 faiz bəndi artıb.
72












