"Yuventus" Niko Qonsaleslə yeni müqavilə imzalayıb | 1news.az | Xəbərlər
İdman

"Yuventus" Niko Qonsaleslə yeni müqavilə imzalayıb

1news Redaksiyası11:04 - Bu gün
"Yuventus" Niko Qonsaleslə yeni müqavilə imzalayıb

İtaliyanın "Yuventus" komandası yarımmüdafiəçisi Niko Qonsaleslə yeni müqavilə imzalayıb.

1news.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı argentinalı futbolçu ilə yeni müqavilənin müddəti 2030-cu il iyunun 30-dək nəzərdə tutulub.

Yarımmüdafiəçi 2024-cü ildən "Yuventus"un şərəfini qoruyur. O, ötən mövsümü icarə əsasında İspaniyanın "Atletiko" (Madrid) klubunda keçirib.

N.Qonsales 2026/2027 mövsümündə bütün turnirlərdə meydana çıxdığı 5 oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə müəllifi olub. "Transfermarkt" portalı onun dəyərini 22 milyon avro qiymətləndirir.

Paylaş:
81

Son xəbərlər

Bütün xəbərlər