"Dövlət nəsə bilir ki, bu qərarı verib" - Xalq artisti | 1news.az | Xəbərlər
Cəmiyyət

"Dövlət nəsə bilir ki, bu qərarı verib" - Xalq artisti

1news Redaksiyası22:55 - Bu gün
"Dövlət nəsə bilir ki, bu qərarı verib" - Xalq artisti

"Ölkədə bu barədə çox söhbət gedir, sosial şəbəkələrdə insanların bir-birinə düşməncəsinə həqarət etməsini, söyməsini görürük. Bu, heç də yaxşı hal deyil. Biz bir-birimizə qarşı niyə düşmən olmalıyıq?"

Bu sözləri "redaktor.az"a açıqlamasında məktəblərdə hicab qadağasına münasibət bildirən Xalq artisti, tanınmış aktyor Qurban İsmayılov deyib.

Aktrisa və sənət adamlarının çağırışlarına qoşulan Xalq artisti sosial şəbəkələrdəki təhqiramiz davranışların yolverilməz olduğunu vurğulayıb: "Elə bil ki, məscidə gedərkən ayaqqabı ilə daxil ola bilmərik, elə deyilmi? Məscid üçün dinin qəbul olunmuş qaydaları var, ora şortikle girmək olmaz. Eyni ilə, dövlət də öz məktəbi üçün qanun və qərar verib ki, hicabla olmaz. Deməli, dövlət nəyisə bilir ki, bu qərarı verib. Bizim bilmədiyimiz məqamlar ola bilər".

Aktyor məsələnin sadə və qarşılıqlı anlayış çərçivəsində həll oluna biləcəyini qeyd edib: "Uşaq məktəbin qapısına qədər hicabla gələ bilər, daxil olarkən hicabını çıxarıb çantasına qoyar, dərsinə girər. Çıxanda isə təzədən hicabını bağlayıb gedər. Burada böyütməli bir problem yoxdur. Mən belə başa düşürəm ki, bu məsələyə görə insanların bir-birinə düşmən kəsilməsinə heç bir ehtiyac yoxdur".

Paylaş:
66

Son xəbərlər

Bütün xəbərlər