Aeroport şosesində qəza olub, “Koroğlu” istiqamətində sıxlıq yaranıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Aeroport şosesində qəza olub, “Koroğlu” istiqamətində sıxlıq yaranıb

Qafar Ağayev08:47 - 13 / 10 / 2026
Aeroport şosesində qəza olub, “Koroğlu” istiqamətində sıxlıq yaranıb

Paytaxtın Sabunçu rayonunda, Aeroport şosesində baş verən yol-nəqliyyat hadisəsi nəqliyyatın hərəkətində sıxlığa səbəb olub.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, hadisə səbəbindən “Koroğlu” metro stansiyası istiqamətində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.

Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Paylaş:
221

Son xəbərlər

Bütün xəbərlər