Əli Əsədov vahid büdcə təsnifatı ilə bağlı qərar imzaladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Əli Əsədov vahid büdcə təsnifatı ilə bağlı qərar imzaladı

1news Redaksiyası13:29 - Bu gün
Əli Əsədov vahid büdcə təsnifatı ilə bağlı qərar imzaladı

Nazirlər Kabineti "Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə" 11 oktyabr 2018-ci il tarixli qərarında dəyişiklik edilməsi haqqında 7 noyabr 2025-ci il tarixli qərarında dəyişiklik edib.

1news.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi büdcə xərclərinin inzibati təsnifatına daxil edilib.

Bundan başqa, Agentlik Nazirlər Kabinetinin 19 dekabr 2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları"na əlavə edilib.

Paylaş:
75

Son xəbərlər

Bütün xəbərlər