Yasamalda məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanılıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Yasamalda məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanılıb - VİDEO

Qafar Ağayev13:33 - Bu gün
Yasamalda məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanılıb - VİDEO

Bakıda orta məktəblərdən birində yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanılıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, oktyabrın 12-də paytaxtın Yasamal rayonunda yerləşən orta məktəblərin birində yanğın törətməyə cəhd göstərilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Məhəmməd İsmayılov, eləcə də həmin məktəbin 10 və 11-ci siniflərində təhsil alan daha 5 nəfər saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Paylaş:
100

Son xəbərlər

Bütün xəbərlər