Səbaildə su təminatı bərpa edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Səbaildə su təminatı bərpa edilib

Qafar Ağayev14:02 - Bu gün
Səbaildə su təminatı bərpa edilib

Ötən gün gecə saatlarında magistral su xəttində aparılan təmir-bərpa işləri ilə bağlı görüləcək işlər çərçivəsində Səbail rayonunun bəzi ərazilərinin su təminatında gün ərzində yaranan müvəqqəti fasilə səhər saatlarından aradan qaldırılıb.

Bu barədə 1news.az-a "İri Şəhərlərin Su Təchizatı" QSC-dən məlumat verilib.

Bildirilib ki, hazırda abonentlərin su təminatı əvvəlki rejimlə icra olunur.

Paylaş:
66

Son xəbərlər

Bütün xəbərlər