Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib

Qafar Ağayev15:36 - 13 / 10 / 2026
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib

Oktyabrın 12-də paytaxtın Qaradağ rayonunda məktəb direktoruna məxsus “Kia” markalı avtomobilin yandırılması faktı araşdırılıb.

DİN-in Mətbuat Xidmətindən 1news.az-a verilən məlumata görə polis tərəfindən keçirilən tədbirlərlə avtomobili yandıran, əvvəllər məhkum olunmuş Fuad İbrahimov müəyyən olunaraq həbs edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Paylaş:
683

Son xəbərlər

Bütün xəbərlər