Azərbaycan və İtaliya hərbçiləri arasında axtarış və xilasetmə sahəsində görüş keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan və İtaliya hərbçiləri arasında axtarış və xilasetmə sahəsində görüş keçirilib

1news Redaksiyası10:08 - Bu gün
Azərbaycan və İtaliya hərbçiləri arasında axtarış və xilasetmə sahəsində görüş keçirilib

Bakıda "Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə İtaliya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında 2026-cı il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq Planı”na əsasən, "Axtarış və xilasetmə sahəsində ekspert görüşü” keçirilib.

1news.az xəbər verir ki, görüşdə iştirak etmək üçün İtaliya Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu ölkəmizə səfər edib.

Səfər çərçivəsində qonaqlar Azərbaycan Hərbi Hava Qüvvələrinin bazasını ziyarət edərək silahlanmada olan aviasiya vasitələri, uçuş avadanlıqları, eləcə də şəxsi heyətin gündəlik fəaliyyəti və xidmət şəraiti ilə tanış olublar.

Paylaş:
81

Son xəbərlər

Bütün xəbərlər