Bu ilin 8 ayında Azərbaycanda doğulan uşaqların sayı azalıb
Cari ilin yanvar-avqust aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 56404 doğulan körpə qeydə alınıb.
1news.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 9,3-dən 8,2-yə düşüb. Doğulan körpələrin 53,2 faizi oğlan uşaqları, 46,8 faizi isə qız uşaqları olub. Doğulan körpələrdən 1902-si əkiz, 69-u isə üçəm olmuşdur.
90












