Zabrat-Maştağa avtomobil yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Zabrat-Maştağa avtomobil yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq

1news Redaksiyası12:26 - Bu gün
Zabrat-Maştağa avtomobil yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq

Sabunçu rayonunda Zabrat-Maştağa avtomobil yolunun Zabrat dairəsindən Maştağa qəsəbəsi Elşən Məhərrəmli küçəsi ilə kəsişməyədək olan hissəsində bu gündən etibarən təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunub.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məlumata görə, əks istiqamətdə isə 19 oktyabr saat 08:00-dan etibarən tam məhdudiyyət tətbiq olunacaq.

"Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur", - məlumatda qeyd olunur.

Paylaş:
71

Son xəbərlər

Bütün xəbərlər