“Sabah”ın oyunu ilə əlaqədar Bakı metrosunda gücləndirilmiş iş rejimi tətbiq olunacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

“Sabah”ın oyunu ilə əlaqədar Bakı metrosunda gücləndirilmiş iş rejimi tətbiq olunacaq

1news Redaksiyası11:31 - Bu gün
“Sabah”ın oyunu ilə əlaqədar Bakı metrosunda gücləndirilmiş iş rejimi tətbiq olunacaq

UEFA Çempionlar Liqasında təmsilçimiz “Sabah” FK-nın növbəti matçı ilə əlaqədar oktyabrın 20-də Bakı metropolitenində gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

1news.az xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC məlumat yayıb.

Bildirilib ki, “Koroğlu” stansiyasının yaxınlığında yerləşən Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma ilə əlaqədar azarkeşlərin rahat gediş-gəlişini təmin etmək məqsədilə Qırmızı xətt gücləndirilmiş qrafikdə fəaliyyət göstərəcək.

Qeyd olunub ki, “Koroğlu” stansiyasına əlavə işçi qüvvəsi cəlb edilməklə növbətçilik cədvəli tərtib olunacaq, nəzarət mexanizmləri gücləndiriləcək.

Qarşılaşma başa çatdıqdan sonra azarkeşlərin mənzilbaşına rahat çatmasını təmin etmək məqsədilə zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq.

Yaşıl və Bənövşəyi xətlərdə isə qatarların hərəkət qrafikində dəyişiklik edilməyəcək.

Paylaş:
71

Son xəbərlər

Bütün xəbərlər