Psixiatriya xəstəxanasında 52 yaşlı kişi vəfat etdi

1 saylı Respublika Psixiatriya xəstəxanasında ölüm faktı baş verib.
1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ölüm ötən gün saat 09 radələrində qeydə alınıb.
Belə ki, xəstəxanada müalicə alan şizofreniya xəstəsi, 52 yaşlı Bakı sakini Asif Qiyas oğlu Qurbanov vəfat edib.
Onun hansı səbəbdən öldüyü məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
63











