Daşqın və sel təhlükəsi ilə bağlı XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Daşqın və sel təhlükəsi ilə bağlı XƏBƏRDARLIQ

1news Redaksiyası14:46 - Bu gün
Daşqın və sel təhlükəsi ilə bağlı XƏBƏRDARLIQ

Oktyabrın 21-i əsasən dağlıq və dağətəyi rayonlarda, 22-23-də isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

Bu barədə 1news.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Ayrı-ayrı ərazilərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi, 22-də bəzi yerlərdə yağıntıların güclənəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük Qafqazın və Naxçıvan MR-nın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Paylaş:
64

Son xəbərlər

Bütün xəbərlər