Şahdağ və Kəlbəcərə qar yağıb - Faktiki hava | 1news.az | Xəbərlər
Cəmiyyət

Şahdağ və Kəlbəcərə qar yağıb - Faktiki hava

1news Redaksiyası10:49 - Bu gün
Şahdağ və Kəlbəcərə qar yağıb - Faktiki hava

Ölkə ərazisində oktyabrın 24-ü saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a bildirilib ki, saat 10:00-a olan məlumata əsasən, əksər yerlərdə hava şəraiti yağıntılı keçib. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə isə qar yağıb. Qar örtüyünün hündürlüyü Şahdağda 3 santimetrdir.

Bakıda və Abşeron yarımadasında 7 millimetrədək yağıntı qeydə alınıb.

Respublikanın rayonlarında düşən yağıntının miqdarı Kişçayda (Şəki) 47, Zaqatalada 44, Sarıbaşda (Qax) 17, Ağsuda 7, Xızı, Hacıqabulda 6, Qobustan, Oğuz, Balakən, Şamaxı, Qusar, Xınalıq, Saatlı, Quba, Xaltan, Şahbuz, Culfa, Ordubad, Gədəbəy, Göygöl, Şəmkir, Tovuz, Göyçay, Sabirabad, Salyan, Astara, Lerik, Şabran, Bərdə, Göyçay, Zərdab, Beyləqan, Biləsuvar, Astara, İmişli, Kürdəmir, Qrız, Ağdam, Qubadlı, Füzuli, Kəlbəcər, Zəngilan, Şuşada 4 millimetrədək qeydə alınıb.

Oktyabrın 23-də saat 23:15 radələrində Şəki rayonunun Oxud və Kişçay kəndlərinə diametri 5-7 millimetr olan dolu düşüb.

Paylaş:
64

Son xəbərlər

Bütün xəbərlər