FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib - YENİLƏNİB

Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı Kristal Zalında təşkil olunan tədbir bədii proqramla başlayıb. Milli geyimli rəqqaslar müxtəlif kompozisiyalarla çıxış ediblər. Həmçinin çoxsaylı ifaçıların iştirakı ilə kütləvi rəqs nömrələri və səhnə performansları nümayiş olunub.
Qeyd edək ki, ilk dəfə keçirilən turnir FIFA-ya üzv 189 milli assosiasiyadan olan gənc futbol istedadlarını Bakıda bir araya gətirib. Turnirin əsas mükafatı uğrunda Çexiya və İspaniya yığmaları qarşılaşacaqlar. A yolunun finalı bu gün saat 18:00-da Bakı Kristal Zalında keçiriləcək.
****
17:44
Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi başlayıb.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir Bakı Kristal Zalında keçirilir.
Oktyabrın 24-də start götürən turnirdə dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak ediblər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutub.
Bu gün başa çatacaq U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçirilib. Açılış görüşü Bakı Kristal Zalında baş tutub. Final qarşılaşmaları da bu məkanda təşkil olunur.
Bu gün, saat 18:00-da U-15 dünya çempionatının həlledici oyunu keçiriləcək. Turnirin A Divizionunun finalında İspaniya və Çexiya komandaları üz-üzə gələcəklər.
Azərbaycan millisi yarışı 84-cü pillədə başa vurub.









