ABŞ-ın Yuta Azərbaycan İcması Ermənistanın terrorçu hərəkətlərini pisləyir - FOTO | 1news.az | Xəbərlər
Siyasət

ABŞ-ın Yuta Azərbaycan İcması Ermənistanın terrorçu hərəkətlərini pisləyir - FOTO

20:14 - 24 / 10 / 2020
ABŞ-ın Yuta Azərbaycan İcması Ermənistanın terrorçu hərəkətlərini pisləyir - FOTO

ABŞ-ın Yuta Azərbaycan İcmasının nümayəndəsi Faiq Səfərlinin təşkilatçılığı ilə Salt Lake şəhərində Ermənistanın işğalçı və təcavüzkar  siyasətinə etiraz olaraq  avtoyürüş və Qarabağa dəstək aksiyası təşkil edilib.

1news.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, üzərində üçrəngli Azərbaycan bayrağı olan avtomobillərdə hərəkət edən yürüş iştirakçıları ictimaiyyətin diqqətini cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonların, o cümlədən Gəncə və Mingəçevir şəhərlərinin mülki əhalisinin ağır artilleriyadan atəşə tutulmasına yönəldiblər.

Avtoyürüşdən sonra Yutanın Kapitol binası qarşısında keçirilən tədbirdə azərbaycanlılarla yanaşı, türk, iraq, ərəb, özbək icmasının nümayəndələri iştirak edib.  Tədbirdə aksiya iştirakçıları “Qarabağ Azərbaycandır!”, “Erməni yalanlarına son qoyun!,  “Gəncə üçün ədalət!”, “Uşaqları öldürməyin!”, “Mülki şəxslər toxunulmazdır!”, “Erməni terrorçuluğuna son qoyun!”, “Biz terrora yox deyirik”  kimi şüarlar səsləndiriblər.

Tədbirdə çıxış edən Yuta Dövlət Universitetinin  professoru Chuck Tripp işğal altında olan torpaqlarının azad edilməsi uğrunda Azərbaycanın apardığı haqlı mübarizəsində dəstəklədiyini  bildirib. 

S.Xankişiyeva

 

 

 

 

Paylaş:
659

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər