ATƏT və AŞPA müşahidəçiləri parlament seçkiləri ilə bağlı rəyini açıqlayıb – FOTO | 1news.az | Xəbərlər
Siyasət

ATƏT və AŞPA müşahidəçiləri parlament seçkiləri ilə bağlı rəyini açıqlayıb – FOTO

16:35 - 10 / 02 / 2020
ATƏT və AŞPA müşahidəçiləri parlament seçkiləri ilə bağlı rəyini açıqlayıb – FOTO

“AŞPA-nın nümayəndəsi olaraq parlament assemblyasının 5 qrupunu təmsil edirik”.

APA-nın məlumatına görə, bunu AŞPA müşahidə Missiyasının rəhbəri Frank Şvabe deyib.

Şvabe bildirib ki, seçkilərə hazırlıq prosesini qiymətləndiriblər: “Öncə seçkiləri izləmək üçün bizi dəvət etdiyinə görə Azərbaycan hökumətinə təşəkkür edirik. Seçkilərə hazırlıq prosesində müəyyən irəliləyişlərə baxmayaraq, səslərin hesablanmasında yol verilən pozuntular var”.

O vurğulayıb ki, səslərin hesablanması ilə bağlı prosesdə qanun pozuntuları müşahidə edilib: “Mən 30 Saylı Seçki Dairəsində 10 saylı məntəqədə bunu müşahidə etmişəm. Həmkarlarım da bəzi dairələrdə eyni halla üzləşiblər. Avropa Məhkəməsinin qərarlarının təmin olunmaması İlqar Məmmədov və digərlərinin seçkidə iştirakının qarşısını almışdı”.

ATƏT-in qısamüddətli seçki müşahidə missiyasının xüsusi koordinatou Artur Gerasimov isə bildirib ki, ATƏT DHTİB və AŞPA-nın uzunmüddətli müşahidə missiyası və 300-dən çox müşahidəçi ölkə üzrə müşahidə aparıb.

 “Biz ölkənin üzərinə götürdüyü öhdəliklərə nə dərəcədə əməl etməsini qiymətləndiririk, onun iqtisadiyyatını və siyasətini qiymətləndirmirik. Müşahidələr ölkənin bu sahədə fəaliyyətini yaxşılaşdırmalıdır”, - deyə o bildirib.

A.Gerasimov Azərbaycanın ərazisinin bir hissəsinin 25 ildir, işğal altında olduğunu deyib, bildirib ki, Ermənistanla münaqişənin Azərbaycanda seçkilərin təşkilinə təsirini yaxşı bilir. Məcburi köçkünlərin seçkilərdə iştirakını təmin etmək üçün göstərilən səyləri yüksək qiymətləndirən A. Gerasimov qeyd edib ki, bununla bərabər bütün siyasi aktorların vəzifəsi demokratiyanı inkişaf etdirməkdir və bunun əsasında yaxşı seçkilərin keçirilməsini təşkil etmək lazımdır.

O qeyd edib ki, seçkidə çoxlu sayda namizədin iştirak etməsinə baxmayaraq, bəzi perspektivli namizədlərə iştirak imkanı verilməyib: “Namizədlərin qeydiyyatı inklüziv olub. Seçicilər məlumatları sosial mediadan alıblar, lakin bu, ənənəvi mətbuatın rolunu əvəz etmir. Mərkəzi Seçki Komissiyası şəffaf fəaliyyət göstərmək üçün çalışıb. Bununla belə, bəzi prosedur qaydalar pozulub”.

A.Gerasimov eyni zamanda qeyd edib ki, seçicilərə öz məlumatını yoxlamaq üçün imkanlar yaradılıb.

ATƏT PA-nın müşahidə missiyasının rəhbəri Elena Hoca-Qjebrea isə bildirib ki, onların 57 müşahidəçisi Gəncə, Sumqayıt, İsmayıllı, Bakı və digər rayonlarda müşahidə aparıb: “Müşahidəçilərimizə xoş münasibət vardı. Mən, həmçinin, yerli müşahidəçilərin öz işlərinə sadiqliyini də vurğulamalıyam”.

O qeyd edib ki, köçkünlərin səs verdiyi məntəqələrdə çoxlu sayda müşahidəçi olub: “Onlar öz öhdəliklərini yaxşı başa düşürdülər. Bu demokratiyanın inkişafına yönəlib”.

E.Hoca-Qjebrea qadınların və gənclərin seçkidə iştirakına da toxunub. Missiya rəhbəri ölkədəki 55 siyasi partiyanın heç birində qadın rəhbərinin olmamasından təəssüfləndiyini söyləyib: “Parlamentin komitələrində cəmi 15 qadın təmsil olunur. Biz Azərbaycanı siyasi həyatda qadınların aktiv iştirakını təmin etməyə çağırırıq. O cümlədən gənclərin demokratik proseslərdə aktiv iştirakının vacib olduğunu qeyd edirik”.

O, davamlı səylər və əməkdaşlığın fundamental məsələlərin həllinə şərait yaradacağını da sözlərinə əlavə edib.

S.Xankişiyeva

 

Paylaş:
1601

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər