1news.az

Avropanın ən bahalı futbolçuları – SİYAHI

14 İyun saat 16:34 ~ 1 dəqiqəlik oxu 293
Avropanın ən bahalı futbolçuları – SİYAHI

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CİES) Avropanın TOP-5 liqasında çıxış edən ən bahalı futbolçuların adlarını açıqlayıb.

1news.az Komanda.az-a istinadən xəbər verir ki, 100 futbolçunun yer aldığı siyahıda "Yuventus"un hücumçusu Kriştiano Ronaldo ilk 10-luğa düşə bilməyib.

Siyahıya PSJ-nin 20 yaşlı futbolçusu Kilian Mbappe başçılıq edir. Onun transfer dəyəri 252 milyon avro müəyyən olunub. 2-ci sırada 219,6 milyonla "Liverpul"dan Məhəmməd Salah, 3-cü yerdə isə 207,8 milyonla "Mançester Siti"li Rahim Sterlinq yer alıb.

"Barselona"nın futbolçusu Lionel Messi 167,4 milyonla 4-cü, "Yuventus"lu Kriştiano Ronaldo isə 118,1 milyonla 20-ci sırada yer alıb.

İlk 10 yeri təqdim edirik:

1. Kilian Mbappe (PSJ) - 252 milyon

2. Məhəmməd Salah ("Liverpul") - 219,6

3. Rahim Sterlinq ("Mançester Siti") - 207,8

4. Lionel Messi ("Barselona") - 167,4

5. Ceydon Sanço ("Borussiya", Dortmund) - 159,4

6. Sadio Mane ("Liverpul") - 157,8

7. Harri Keyn ("Tottenhem") - 155,2

8. Roberto Firmino ("Liverpul") - 144,2

9. Antuan Qrizmann ("Atletiko") - 143,8

10. Leroy Sane ("Mançester Siti") - 137,1

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Futbol BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net