Rusiyada qar uçqunu: 11 alpinist ölüb, 6 nəfər itkin düşüb
Rusiyanın Kabardin-Balkar Respublikasında yerləşən Mijirgi dağında baş verən qar uçqunu nəticəsində 11 alpinist ölüb, 6 nəfər itkin düşüb.
1news.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ötən gün yerli vaxtla saat 17:00 radələrində baş verib. Daha 6 alpinistin yaralandığı, 10 nəfərin isə öz imkanları ilə dağdan endiyi bildirilir.
Axtarış-xilasetmə işlərinə 50-dən çox fövqəladə hallar əməkdaşı cəlb olunub. Ərazidə çətin relyef və yeni uçqun təhlükəsinin yüksək olması işləri çətinləşdirir.
62












