İrandan Azərbaycana PUA ilə keçirilən narkotik qanunsuz dövriyyədən çıxarılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İrandan Azərbaycana PUA ilə keçirilən narkotik qanunsuz dövriyyədən çıxarılıb

First News Media12:47 - Bu gün
İrandan Azərbaycana PUA ilə keçirilən narkotik qanunsuz dövriyyədən çıxarılıb

İrandan Azərbaycana Pilotsuz Uçuş Aparatı (PUA) vasitəsilə keçirilən narkotik qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə 1news.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində 38 kiloqram 778 qram narkotik vasitə və 7680 ədəd psixotrop tərkibli Metadon M-40 həbi aşkarlanıb.

Sərhəd dəstəsinin xidməti ərazisində saat 01:30-da İrandan Azərbaycana pilotsuz uçuş aparatı (PUA) vasitəsilə keçirilən 21 kiloqram 700 qram narkotik vasitə və 1000 ədəd psixotrop tərkibli Metadon M-40 həbi, saat 04:10-da isə paraplan vasitəsilə keçirilən 17 kiloqram 78 qram narkotik vasitə və 6680 ədəd psixotrop tərkibli Metadon M-40 həbi aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Paylaş:
73

Son xəbərlər

Bütün xəbərlər