PISA 2025 – Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələri açıqlanır | 1news.az | Xəbərlər
Cəmiyyət

PISA 2025 – Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələri açıqlanır

Qafar Ağayev11:45 - Bu gün
PISA 2025 – Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələri açıqlanır

Bu gün ADA Universitetində PISA 2025 – Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatına həsr olunan tədbir keçirilir.

1news.az xəbər verir ki, tədbir Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə ADA Universitetində keçirilir. 

Təqdimatda elm və təhsil naziri Emin Əmrullayev iştirak edir. Qeyd edək ki, tədbirde Azərbaycanın PISA 2025 tədqiqatında əldə etdiyi nəticələr, şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə göstəriciləri, eləcə də araşdırmanın ölkənin təhsil sistemi baxımından əhəmiyyəti barədə məlumat veriləcək. 

Tədbirdə, həmçinin PISA 2025 tədqiqatının nəticələri, Azərbaycan məktəblilərinin göstəriciləri və əvvəlki qiymətləndirmələrlə müqayisəli nəticələr təqdim olunur.

Qeyd edək ki, PISA İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən keçirilən beynəlxalq şagird qiymətləndirmə proqramıdır.

 

Paylaş:
64

Son xəbərlər

Bütün xəbərlər