Kiyevə Rusiyanın hücumu: 2 ölü, 10 yaralı | 1news.az | Xəbərlər
Dünya

Kiyevə Rusiyanın hücumu: 2 ölü, 10 yaralı

Oksana Orucova12:40 - Bu gün
Kiyevə Rusiyanın hücumu: 2 ölü, 10 yaralı

Rusiyanın Ukraynanın paytaxtı Kiyevə gecə saatlarında həyata keçirdiyi hücum nəticəsində 2 nəfər ölüb, 10 nəfər yaralanıb.

1news.az xarici mediaya istinadən xəbər verir ki, Kiyev meri Vitali Kliçko bildirib ki, yaralılardan 5-i xəstəxanaya yerləşdirilib, 2 nəfərin vəziyyəti ağırdır.

Hücum nəticəsində paytaxtın müxtəlif ərazilərində anbar və digər kommersiya obyektlərində, özəl məktəbin yerləşdiyi ərazidə, eləcə də yaşayış binalarında yanğınlar baş verib. Bir sıra binalara və avtomobillərə ziyan dəyib.

Fövqəladə hallar xidmətlərinin hadisə yerlərində işləri davam etdirdiyi, Kiyevdə hava hücumu xəbərdarlığının qüvvədə olduğu bildirilib. Kliçko sakinləri təhlükəsiz yerlərdə qalmağa çağırıb.

Paylaş:
76

Son xəbərlər

Bütün xəbərlər