Azərbaycan avtomobil bazarında son vəziyyət – Lider hansı markadır? | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan avtomobil bazarında son vəziyyət – Lider hansı markadır?

13:04 - 20 / 02 / 2020
Azərbaycan avtomobil bazarında son vəziyyət – Lider hansı markadır?

Dünyanın bir çox yerində olduğu kimi Azərbaycanda da avtomobillərin sayı artır. Bəs görəsən hazırda Azərbaycanda avtomobil bazarında vəziyyət necədir?

Məsələ ilə bağlı 1news.az-a danışan əmlak məsələri üzrə ekspert Ramil Osmanlı bildirib ki, hazırda avtomobil bazarında qiymət dəyişimi müşahidə olunmur:

“Ümumiyyətlə, hazırkı dövr avtomobil bazarı üçün passiv dövr kimi xarakterizə olunur. Çünki il yeni dəyişib, xüsusilə ilkin avtomobil bazarında əməliyyatların aşağı olduğu dövr sayılır. Təkrar bazarla ilkin bazar markalara maraq məsələsində fərqlənir. İlkin bazarda son illərin tendensiyası göstərir ki, bazarda daha çox 2 Yaponiya və 2 Koreya markası arasında liderlik uğrunda mübarizə gedir. Liderlik uğrunda Yaponiyanın “Toyota” markası ilə Cənubi Koreyanın  “Hyundai” markası və Yaponiyanın “Nissan” markası ilə Koreyanın “KİA” markası mübarizə aparır.

Təkrar bazarda vəziyyət bir az fərqlidir. Uzun illərdir ki, “Mercedes” bazarda liderliyi qoruyub saxlayır. Amma müşahidələr göstərir ki, təxminən 2011-2012-ci ildən bu yana “Mercedes”in bazardakı təklif portfelindəki payı 30 faizdən 16 faizə düşüb. Bu kifayət qədər böyük bir göstəricidir. “Toyota”nın təkrar bazardakı payı isə son illərdə 9,5 faizə yaxınlaşır. Bu onu göstərir ki, təkrar bazarda da “Toyota”, “Hyundai”, “KİA” və “Nissan”ın payı artmaqdadır. Fevral ayının sonlarından, mart ayının əvvəlindən avtomobil bazarında aktivliyin artması gözlənilir”.

R.Osmanlının sözlərinə görə, Azərbaycanın istehsal etdiyi avtomobil markalarının bazardakı payı ümumi bazarın heç 1 faizini də təşkil etmir.

“Ona görə də hələlik yerli avtomobillər ciddi bir dəyişiklik yaradacaq gücdə deyillər. Azərbaycanın istehsal etdiyi avtomarkaların da bazarda rəqabət apardığı markalar var. Xüsusilə Çin, Rusiya və İran kimi ölkələrin istehsal etdiyi markalarla rəqabət aparırlar. Çünki həm qiymət, həm də keyfiyyət baxımından qeyd etdiyim ölkələrin avtomobillərinə daha yaxındır. Amma ümumən götürsək Azərbaycan avtomobillərinin bazarda payını artırmaq üçün müəyyən addımlar atılmalıdır”.

Qafar Ağayev

Paylaş:
1067

Son xəbərlər

Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57
Bütün xəbərlər