Azərbaycan “Formula 1” ilə əməkdaşlığı 2023-cü ilədək uzadıb
Bu gün Bakı Şəhər Halqası ilə "Formula 1" Şirkərlər Qrupu arasında yeni müqavilə imzalanıb.
1news.az-ın verdiyi xəbərə görə, bununla bağlı bu gün Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və "Formula 1" Şirkətlər Qrupunun baş icraçı direktoru Çeyz Kerri saziş imzalayıblar.
A.Rəhimov qeyd edib ki, "Formula 1" yarışının Azərbaycanda keçirilməsi mühüm amildir və Azərbaycan daha 3 il bu yarışmaya ev sahibliyi edəcək.
Qeyd edək ki, bu il Bakıda artıq 4-cü dəfə keçiriləcək "Formula 1" yarışlarına aprelin 26-dan start veriləcək.
S.Xankişiyeva
7276