1news.az

Azərbaycanda “Ağıllı şəhər” yaradılacaq

28 Fevral saat 17:45 ~ 1 dəqiqəlik oxu 371
Azərbaycanda “Ağıllı şəhər” yaradılacaq

Azərbaycanda "Ağıllı şəhər" konsepsiyasının tətbiqi ilə bağlı təkliflər hazırlanacaq.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bu, Prezident İlham Əliyevin sərəncamı ilə imzalanmış "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı"nda öz əksini tapıb.

Milli Fəaliyyət Planında qeyd edilir ki, 2020-2021-ci illər ərzində "Ağıllı şəhər" konsepsiyasının tətbiqi ilə bağlı araşdırma aparılacaq və pilot layihə həyata keçirilməsi imkanları müəyyən ediləcək.

Bu işlər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən icra ediləcək.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net