1news.az

Azərbaycanda dörd günlük bayram tətili başlayır

31 İyul saat 11:21 ~ 1 dəqiqəlik oxu 4520
Azərbaycanda dörd günlük bayram tətili başlayır

Qurban bayramı ilə əlaqədar bu gündən Azərbaycanda bayram tətili başlayır.

1news.az xəbər verir ki, bayramla əlaqədar ölkədə ardıcıl 4 gün iş olmayacaq.

Baş Nazir Əli Əsədovun "2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında" 2 dekabr 2019-cu il tarixli sərəncamına əsasən, 2020-ci il iyulun 31-i və avqustun 1-i Qurban bayramı günləri müəyyən edilib.

Avqustun 1-i şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, 3 avqust - bazar ertəsi ilə yeri dəyişdiriləcək, bazar ertəsi də qeyri-iş günü olacaq.

Beləliklə, iyulun 31-i (cümə), avqustun 1-i (şənbə), 2-si (bazar) və 3-ü (bazar ertəsi) ölkədə 4 gün qeyri-iş günüdür. 

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net