1news.az

Azərbaycanlı azarkeşlərin nəzərinə: Stadiondan futbola baxmaq qadağan edildi

10 İyul saat 16:34 ~ 1 dəqiqəlik oxu 4380
Azərbaycanlı azarkeşlərin nəzərinə: Stadiondan futbola baxmaq qadağan edildi

2020/2021 mövsümündə Azərbaycanın futbol azarkeşləri avrokuboklardakı matçları stadiondan izləyə bilməyəcək.

1news.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə qərar UEFA İcraiyyə Komitəsinin keçirilmiş iclasında qəbul olunub.

Qərara əsasən, avqustda başlayacaq növbəti mövsümdə UEFA bayrağı altında keçirilən yarışlar azarkeşsiz keçiriləcək. Bu qərar koronavirus pandemiyası ilə bağlı vəziyyət düzələcəyi halda, mövsümün gedişatında dəyişdirilə bilər.

Qeyd edək ki, yeni mövsümdə "Qarabağ” 18-19 avqustda Çempionlar Liqasında mübarizəyə başlayacaq. "Neftçi”, "Keşlə” və "Sumqayıt” isə Avropa Liqasında mübarizəyə avqustun 27-də qoşulacaq. Dörd komandamız müvafiq turnirlərin I təsnifat mərhələsində mübarizə aparacaq.

Çempionlar Liqasında matçlar pley-offadək, Avropa Liqasında isə qrup mərhələsinədək bir qarşılaşmadan ibarət olacaq.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Futbol BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net