“AzerGold” QSC tərəfindən Regional Emal Sahəsinin yaradılmasının ilk addımı olaraq “Ağyoxuş” qızıl yatağı istismara verildi | 1news.az | Xəbərlər
Cəmiyyət

“AzerGold” QSC tərəfindən Regional Emal Sahəsinin yaradılmasının ilk addımı olaraq “Ağyoxuş” qızıl yatağı istismara verildi

09:46 - 30 / 11 / 2020
“AzerGold” QSC tərəfindən Regional Emal Sahəsinin yaradılmasının ilk addımı olaraq “Ağyoxuş” qızıl yatağı istismara verildi

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) regionlarda yeni mədənlərin işə salınması, iqtisadi səmərəliliyinin artırılması istiqamətində fəaliyyətini davam etdirir.

Belə ki, Prezident İlham Əliyev martın 19-da ölkə iqtisadiyyatının sabitliyinin davamlığının və xarici təsirlərə dayanıqlığının təmin edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi haqqında imzaladığı Sərəncamına uyğun olaraq QSC tərəfindən nəzərdə tutulmuş tədbirlər planı çərçivəsində Daşkəsəndə yerləşən “Çovdar” Filiz Emalı Sahəsinin bazasında “Çovdar” İnteqrəolunmuş Regional Emal Sahəsinin (ÇİRES) yaradılması qərara alınmışdır.

Layihənin icrası ilə tanışılıq məqsədilə noyabr ayının 28-də Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev və İqtisadiyyat nazirinin müavini, “AzerGold” QSC-nin Müşahidə Şurasının sədri Rövşən Nəcəf “Çovdar” Filiz Emalı Sahəsində olublar.

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov layihə barədə ətraflı məlumat verib. O qeyd edib ki, emal sahəsinin yaradılmasının əsas məqsədi istehsal prosesində mövcud maddi-texniki resurslardan mərkəzləşləşdirilmiş qaydada istifadə edilməklə müstəqil şəkildə iqtisadi səmərəsizlik riski daşıyan yataqların iqtisadi səmərəliliyinin təmin edilməsidir. ÇİRES-in fəaliyyəti layihələrin kapital və əməliyyat xərclərinin azaldılması, istehsal proseslərinin davamlılığının təmin edilməsi ilə yanaşı, həm də ətraf mühitə təsirlərin azaldılması və bölgədə iqtisadi fəallığın artırılmasına xidmət edir.

Tədbirdə layihənin icrasının ilkin mərhələsi olaraq 2017-ci ildə “AzerGold”un geoloqları tərəfindən “Çovdar” yatağının yaxınlığında kəşf edilən və cari ilin iyun ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən faydalı qazıntı ehtiyatları üzrə dövlət balansına daxil edilən “Ağyoxuş”un istismara verilməsi üzrə görülən işlər barədə geniş bəhs edilib. Qeyd edilib ki, hazırda “Ağyoxuş” yatağının birinci mərhələsi (“Ağyoxuş 1”) üzrə hasilat işlərinə başlanılır. “Ağyoxuş” nisbətən kiçik yataq hesab edilsə də, hazırda fəaliyyətdə olan “Çovdar” mədəninə yaxınlıqda yerləşməsi bu yatağın əlavə kapital qoyulmadan, eləcə də yeni emal zavodu və müvafiq infrastruktur qurulmadan istismarına şərait yaradır.  

Zakir İbrahimovun sözlərinə görə, “Ağyoxuş” yatağının işlənməsi üç istismar mərhələsindən ibarət olacaq (“Ağyoxuş 1”, “Ağyoxuş 2” və “Ağyoxuş 3”) və bütün mərhələlərin icrası Çovdar İnteqrəedilmiş Regional Emal Sahəsində həyata keçiriləcək. 2022-ci ilin sonuna qədər “Ağyoxuş” yatağının üç mərhələsi ilə yanaşı, “Çovdar” yatağının sulfid hissəsi üzrə hasilatından, eləcə də yaxınlıqda yerləşən digər - “Mərəh”, “Tülallar”, “Narçala” yataqlarının istismarından əldə ediləcək filizlərin də məhz burada emal edilməsi nəzərdə tutulur.

Tədbir çərçivəsində “Ağyoxuş” yatağında süxurların ilk dəfə partladılması prosesi həyata keçirilib. Partladılan filizlər emal üçün “Çovdar” sahəsinə daşınıb və buradakı mövcud emal xətti və digər istehsal infrastrukturundan istifadə edilməklə ilk dəfə emal edilib.

Qeyd edək ki, “Ağyoxuş” layihəsinin icrası bölgənin sosial-iqtisadi inkişafına mühüm töhfələr verəcək. Yatağın bütün mərhələlərinin istismarı çərçivəsində 100-dən çox daimi iş yerinin açılması planlaşıdırılır.

Reklam hüququnda

Paylaş:
470

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər