“Azəriqaz”dan smart-kart tipli sayğacları olanlara XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azəriqaz”dan smart-kart tipli sayğacları olanlara XƏBƏRDARLIQ

17:21 - 05 / 06 / 2020
“Azəriqaz”dan smart-kart tipli sayğacları olanlara XƏBƏRDARLIQ

Smart-kart tipli sayğacları olan "Azəriqaz" abonentləri, kim ki bilir vəsaitləri azdır və bitə bilər, onlar kartlarına iki günlük balans yükləsinlər.

1news.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov deyib.

Onun sözlərinə görə, hər kəs öz sayğaclarındakı balansı bilir və ona görə də, tədbirli olmalıdırlar:

"Biz bunu bir müraciət kimi ünvanlayırıq, hər hansısa ajiotaj yaratmaq üçün demirik. Hər halda hər bir kəs öz ailə büdcəsini bilir və öz sayğacına nəzarət edir. Ona görə də, şəhərin bir çox nöqtələrində ödəniş terminalları var, hər bir kəsdən çox xahiş edirik, bu günün sonuna qədər öz kartlarının balansını artırsınlar".

C.Səfərov qeyd edib ki, qurum şənbə və bazar günləri iş başında olacaq, ancaq Nazirlər Kabinetinin də qərarında göstərildiyi kimi işçilərin sayı məhdudlaşdırılacaq:

""Azəriqaz" İstehsalat Birliyi qaz təhcizatını həyata keçirən bir təşkilat olduğu üçün digər kommunal sektorlarla birlikdə bu günlərdə çalışacaq. Şənbə və bazar günləri iş başında olacağıq, ancaq çox məhdud sayda. Çünki qərarın özündə də qeyd olunur və quruma gələn rəsmi məktubda da öz əksini tapıb ki, sırf abonentlərin qazsız qalmamaları üçün zəruri olan işçilər, xüsusən də qəza xidmətinin əməkdaşları iş başında olmalıdırlar. Bununla yanaşı 104/185 saylı Çağrı Mərkəzi işləyəcək, abonentlərdən gələn hər hansı qəza hadisəsi ilə bağlı müraciətləri qəbul edəcəklər. Bundan başqa daim aktiv rejimdə olan 077-310-41-04 mobil nömrəsi var ki, "whatsapp" üzərindən səsli, görüntülü müraciətlər də qəbul olunacaq".

Qeyd edək ki, Operativ Qərargahın qərarına əsasən 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək aktiv yoluxma hallarındakı artımı səbəbindən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaq.

1news.az

Paylaş:
803

Son xəbərlər

Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıbBu gün, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!Bu gün, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edibBu gün, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıbBu gün, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıbBu gün, 13:48ABB-dən cəmi bir günə tender qarantiyasıBu gün, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıbBu gün, 13:23AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət veribBu gün, 13:18FHN Bakı Avropa liseyində təlim keçibBu gün, 13:13Məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçiriləcək şagirdlərin sayı açıqlandıBu gün, 12:38Eşqi Bağırov: Bağçaların artırılması üçün özəl sektorla əməkdaşlığa dair mexanizmlər hazırlanıbBu gün, 12:36Son 3 ayda bağçalara 39 müdir təyinatı olubBu gün, 12:3030 dərəcəyədək isti olacaq - Sabahın HAVASIBu gün, 12:27Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər - VİDEOBu gün, 12:23Sürəti saatda 50 km-dən çox olan motosikllər üçün idxal gömrük rüsumu müəyyənləşibBu gün, 12:17Aprelin 21-də imtahan verəcək şagirdlərin sayı açıqlanıbBu gün, 11:37Bakıda bir yolda hərəkət məhdudlaşdırılacaq - XƏRİTƏBu gün, 11:29Xarici ölkələrdə işlə təmin etmək adı altında vətəndaşların pullarını alan iki vəzifəli şəxsə cinayət işi açıldıBu gün, 11:22Azyaşlılar Bakı-Sumqayıt qatarına daş atdı - Şüşə sındı - VİDEOBu gün, 11:12Azərbaycanın iqtisadiyyat nazirinə yeni müavin təyin olunubBu gün, 11:03
Bütün xəbərlər