Göygöldə avtomobil yoldan çıxaraq aşıb, xəsarət alanlar var
Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.
1news.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “Chevrolet” markalı minik avtomobili idarəetmədən çıxaraq yoldan kənara aşıb.
Qəza nəticəsində 3 nəfər – 2005-ci il təvəllüdlü A.Rzaxanova, 1994-cü il təvəllüdlü G.Quluzadə və 1991-ci il təvəllüdlü T.Babazadə xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyətlərinin kafi olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
63












