“Azərişıq”: Bildirişlər və ödənişlər elektron formada həyata keçiriləcək - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərişıq”: Bildirişlər və ödənişlər elektron formada həyata keçiriləcək - VİDEO

10:21 - 09 / 04 / 2020
“Azərişıq”: Bildirişlər və ödənişlər elektron formada həyata keçiriləcək - VİDEO

Azərbaycan Respublikası Prezidentinin "Dövlət orqanlarının Elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə" Fərmanına əsasən istifadə edilən elektrik enerjisi ilə bağlı "Azərişıq" ASC tərəfindən istehlakçılara verilən bildirişlər və ödənişlər elektron formada həyata keçiriləcək.

Bunu 1news.az-a "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib. Onun sözlərinə görə, istehlakçılar elektrik enerjisi borcunu "Azərişıq"ın mobil tətbiqi vasitəsi ilə ödəyə biləcəklər:

"Beləliklə, İstehlakçılar pandemiya dövründə bildirişləri sistem vasitəsilə risksiz əldə edəcək, habelə, ödənişləri onlayn qaydada, evdən çıxmadan bir toxunuşla həyata keçirmək imkanı qazanacaqlar. Elektron bildirişlər və enerji sərfiyyatına görə yaranan borclar elektron poçt və SMS vasitəsilə göndəriləcək. Sistem göndərdiyi məlumatları və bütün digər əməliyyatları insan faktoru olmadan avtomatik həyata keçirəcək. İstifadə olunan elektrik enerjisi sərfiyyatı və mövcud enerji borcu barədə bildiriş alaraq elektron ödəniş edə bilməyiniz üçün "Azərişıq" ASC-nin veb saytında "Bildiriş" bölməsinə daxil olaraq 15 rəqəmli abunəçi kodunuzu yazmağınız kifayətdir. Açılan pəncərədə şəxsi məlumatlarınız, cari sərfiyyatınız və borcunuz barədə məlumatları görə bilərsiniz. Bundan sonra mobil operatorunuzu, mobil nömrənizi və elektron poçt ünvanınızı daxil edərək "Yadda saxla" düyməsini seçib elektron bildiriş profilinizi yaratmış olursunuz. "Elektron bildiriş al" düyməsini seçərək, "Azərişıq" ASC-dən enerji borcunuz barədə bildiriş alaraq, enerji borcunuzu "Azərişıq" ASC–nin mobil tətbiqi vasitəsilə elektron qaydada həyata keçirə bilərsiniz. Bununla yanaşı, hər ayın enerji sərfiyyatı haqqında məlumat mobil nömrənizə SMS ilə göndəriləcəkdir. SMS-in sonunda qeyd olunan linkin üzərinə basaraq ödənişinizi asanlıqla həyata keçirə bilərsiniz. Eyni zamanda, azerishiq.az saytında istənilən şəxs qeydiyyatdan keçmədən bildiriş alaraq elektron ödəniş etmək imkanına malikdir. Sistemə bütün növ platformalardan və smartfonlardan daxil ola bilərsiniz".

Siz də elektron xidmətlərə qoşulun, özünüzü və ailənizi qoruyun #EvdəQalın

Qafar Ağayev

Paylaş:
1719

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər