AZƏRTAC Anadolu Agentliyi jurnalistlərinin Qahirədə həbs olunmasını qətiyyətlə pisləyir | 1news.az | Xəbərlər
Siyasət

AZƏRTAC Anadolu Agentliyi jurnalistlərinin Qahirədə həbs olunmasını qətiyyətlə pisləyir

13:55 - 16 / 01 / 2020
AZƏRTAC Anadolu Agentliyi jurnalistlərinin Qahirədə həbs olunmasını qətiyyətlə pisləyir

AZƏRTAC Misir polisinin Anadolu Agentliyinin Qahirədəki ofisində axtarış aparmasını və jurnalistlərin həbs olunmasını qəti şəkildə pisləyir.

Biz Azərbaycana dost, qardaş ölkə olan Türkiyənin Anadolu Agentliyi ilə həmrəylik nümayiş etdirir, daim türkiyəli həmkarlarımızın yanında olduğumuzu bəyan edirik. Hesab edirik ki, Misir polisi demokratik prinsiplərə zidd olan bu hərəkəti ilə həm insan hüquqlarını, həm də söz və mətbuat azadlığını kobud şəkildə pozub.

Xəbər verildiyi kimi, yanvarın 14-də axşam saatlarında Misir polisi Anadolu Agentliyinin Qahirədəki ofisində axtarış aparıb və agentliyin dörd əməkdaşını həbs edib. Agentliyin əməkdaşları naməlum istiqamətə aparılıb. Polis ofisdə təhlükəsizlik kameralarını söndürüb və internet bağlantısını kəsib, əməkdaşların pasportlarını, mobil telefonlarını və kompüterlərini müsadirə edib. Anadolu Agentliyinin vəkilləri tərəfindən göndərilən sorğuya baxmayaraq, axtarışın səbəbi açıqlanmayıb.

Türkiyəli həmkarları ilə həmrəylik nümayiş etdirən AZƏRTAC Misir polisinin Anadolu Agentliyinin jurnalistlərinə qarşı bu hərəkətini yolverilməz hesab edir və həbs olunan əməkdaşların dərhal azadlığa buraxılmasını tələb edir.

S.Xankişiyeva

 

Paylaş:
1012

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər