Peşə təhsilində ən çox tələbat aşpaz ixtisasınadır | 1news.az | Xəbərlər
Cəmiyyət

Peşə təhsilində ən çox tələbat aşpaz ixtisasınadır

Ayşən Salehli11:32 - Bu gün
Peşə təhsilində ən çox tələbat aşpaz ixtisasınadır

“Ən çox tələbat olan ixtisas aşpaz ixtisasıdır”.


 1news.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı brifinqdə çıxışı zamanı bildirib.


“ Bərbər, vizajist, dərzi, elektrik montyoru, əməliyyatçı, mühasib və elektrik, qaz qaynaqçısı ilk yerlərdə yer alır. Bununla yanaşı, kompüterlərin təmiri və xidməti üzrə texnik, qrafik dizayner, avtomobillərin təmirçisi, çilingər və bitkiçilik mütəxəssisi də geniş qəbul planına malikdir. Ümumilikdə biz ilk onluqda olan ixtisasları burada təqdim etmişik, təbii ki, bizdə ixtisas sayı qeyd etdiyim kimi daha genişdir - 149 ixtisas”.

Paylaş:
101

Son xəbərlər

Bütün xəbərlər