2026-2027-ci tədris ili üzrə peşə təhsilinə qəbul prosesinə start verildi | 1news.az | Xəbərlər
Cəmiyyət

2026-2027-ci tədris ili üzrə peşə təhsilinə qəbul prosesinə start verildi

Ayşən Salehli11:16 - Bu gün
2026-2027-ci tədris ili üzrə peşə təhsilinə qəbul prosesinə start verildi

“ Peşə təhsilinə qəbul ilə bağlı 2026-2027-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə tələbə qəbuluna saat 10:00-dan etibarən start verilib”.


 1news.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı brifinqdə çıxışı zamanı bildirib.
“ Qəbul prosesi mərhələlərini təqdim etmək istəyirəm:
- Namizədlər elektron qeydiyyatı və ixtisas seçimini bu gündən etibarən başlayırlar və 10 avqustadək bu proses davam edəcəkdir.
- Namizədlər portal.edu.az platforması vasitəsilə tələb olunan məlumatlarını orada daxil edərək qeydiyyatdan keçə biləcəklər və namizəd şəxsi kabinetində 5-ədək ixtisas seçimi edə biləcəkdir.
- Qəbul nəticələrini holdsə 14 və ya 15 avqust tarixində şəxsi kabinet və SMS vasitəsilə elan edəcəyik.
- Qəbul olunan şəxslər avqustun 16-dan 25-nədək olan tarixlərdə müvafiq peşə təhsili müəssisəsinə sənədlərini təqdim edərək qeydiyyatdan keçəcəklər.
​Namizədlərə tövsiyəmiz odur ki, son günü gözləməsinlər, həm zamanında qeydiyyatdan keçsinlər, həm də ixtisas seçərkən maraqlarını və gələcək məşğulluq imkanlarını nəzərə alsınlar”.

Paylaş:
91

Son xəbərlər

Bütün xəbərlər