İlqar Bayramlı: Peşə təhsilində dövlət sifarişli yerlərin sayı son 4 ildə 52% artıb
“Dövlət sifarişli yerlərin sayında əhəmiyyətli artım müşahidə olunur ”.
1news.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı brifinqdə çıxışı zamanı bildirib.
“ Əgər 2022–2023-cü ildə belə yerlərin sayı 16 000-dən çox idisə, cari ildə qəbul göstəricisində bu say 24 425 sayı çatmışdır. Və burda da gördüyünüz kimi, 4 il ərzində dövlət sifarişli yerlərin sayı təqribən 52% artmış olacaqdır. Və bununla da dövlət peşə təhsilinin maliyyə baxımından əlçatanlığını genişləndirir və daha çox vətəndaşın ödənişsiz təhsil almaq üçün şərait yaradır”.
69












