Peşə təhsilində rekord rəqabət: Bəzi ixtisaslarda bir yerə 40-dan çox namizəd
“2025-ci ilin qəbul nəticələri də peşə təhsilinə yüksək marağın davam etdiyini göstərmişdir”.
1news.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı brifinqdə çıxışı zamanı bildirib.
“Ötən il təqribən 33 min plan yeri müəyyən olunmuşdur və bu plan yerinə 47 min nəfər namizəd müraciət etmişdir.
Faktiki olaraq biz 27 min nəfər şəxsin qəbulunu həyata keçirə bilmişik, yəni 27 min nəfər şəxs uğurla tələbə adını qazanmışdır. Ən yüksək müsabiqə bizdə kiber təhlükəsizlik, satış və marketinq, istehsalatda rəqəmsal nəzarət sistemləri və kompyuter sistemlərində proqramlaşdırma kimi ixtisaslarda qeydə alınmışdır. Bəzi ixtisaslarda bizdə bir plan yerinə 20-dən, hətta 40-dan çox seçim düşüb”.
90












