“Azpromedia”dan həmrəyliyi tərənnüm edən MÜSABİQƏ | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azpromedia”dan həmrəyliyi tərənnüm edən MÜSABİQƏ

10:57 - 30 / 11 / 2020
“Azpromedia”dan həmrəyliyi tərənnüm edən MÜSABİQƏ

“Azpromedia” PR şirkəti “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü” münasibətilə respublika miqyaslı müsabiqə elan edir.

1news.az xəbər verir ki, şirkətdən müsabiqə ilə bağlı verilən məlumatda deyilir:

“Zati-Aliləri, Ali Baş Komandan Cənab İlham Əliyevin dediyi kimi, Vətən Müharibəsində birlik nümayiş etdirən Azərbaycan xalqı bir dəmir yumruq altında birləşərək qürurla, qətiyyətlə həmrəy olduğunu göstərdi. “Azpromedia” Şirkəti də bu həmrəyliyi tərənnüm edəcək bir müsabiqəyə start verir.

Azərbaycanın bütün bölgələrindən bacarıqlı, istedadlı videoqraf, qrafiq dizayner, fotoqraf, rejissor, animator, operatorlar müsabiqəyə dəvət olunur”.

Müsabiqənin şərtləri

Dekabr ayının 1-dən 15-nə kimi, 50 saniyədən çox olmamaq şərtilə, “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü” mövzusunda video, animasiya çarxlar, foto və video posterlər hazırlanmalı, şirkətin email ünvanına ([email protected]) göndərilməlidir.

15 dekabr saat 18:00-dan etibarən materialların qəbulu dayandırılacaq.

Mövzudan kənar materiallar qəbul edilməyəcək.

Toplanan materiallar dekabr ayının 16-dan dekabrın 30-u saat 18:00-a kimi “Azpromedia” Şirkətinin Facebook (azpromedia.az) və İnstagram (@azpro_media) səhifələrində yayımlanacaq.

Dekabrın 30-u saat 18:00-dan sonra materialların qəbulu dayandırılacaq və videolara baxış sayı, bəyənmələr hesablanacaq. Ən çox bəyənmə və baxış sayı toplayan videolar 1-ci, 2-ci, 3-cü yer üzrə qalib elan olunacaq.

“Azpromedia” şirkəti tərəfindən qaliblərə qiymətli hədiyyələr təqdim olunacaq.

1-ci yerin qalibinə 32 GB yaddaşlı “Samsung Galaxy A7” planşeti

2-ci yerin qalibinə 32 GB yaddaşlı “Samsung Galaxy A 21 S” mobil telefonu

3-cü yerin qalibinə 32 GB yaddaşlı “Xiaomi Redmi 9” mobil telefonu hədiyyə olunacaq.

Bundan əlavə qaliblər “Azpromedia” şirkəti ilə əməkdaşlığa cəlb olunacaq.

Onu da qeyd edək ki, iştirakçıların “Azpromedia” şirkətinin “Facebook”“Instagram” səhifələrini izləməsi şərtdir.

1news.az

Paylaş:
881

Son xəbərlər

AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41
Bütün xəbərlər